”İRƏLİ” Ictimai Birliyinin təşəbbüsü ilə “Weblog” layihəsinin iştirakçıları ilə İsmayıllıya təşkil olunan səfərimiz məni bir daha öz dövlətmizin qüdrəti və ən əsasda biz gənclərə göstərilən qayğı və etimad haqqında düşünməyə vadar etdi.Doğurdanda biz xoşbəxt gənclərik ki gələcəyimizin sığortası yolunda məqsədyönlü siyasət xətti yürüdən belə demokratik və qədim, zəngin tarixə malik bir ölkənin vətəndaşlarıyıq.Bu siyasətin daha da uğurlu alınmasında yarandığı gündən öz əməli fəaliyyəti ilə biz gənclərin potensialını daha da düzgün istiqamətləndirən” İrəli “İctimai Birliyinin rəhbəri, millət vəkili Ceyhun Osmanlıya və onun heyətinə öz dərin minnətdarlığımı bildirirəm . Azərbaycanın hər bir qarışı mənə əzizdir, amma doğma diyarım olan İsmayıllıya daha çox bağlıyam .Bu yaşıma qədər İsmayıllıya olan gedişlərim içərisində öz təşkilatıi yoldaşlarımla ilk səfərim məndə silinməz izlər qoydu. Səfər təəssüratlarima keçməzdən oncə bir ismayıllıdan olan kimi orda heç vaxt olmayanlara, xüsusi ilə də öz gənc dostlarıma bu diyar haqqında qısa da olsa məlumat verməyi özümə borc hesab edirəm .İsmayıllı inzibati rayonu 1931-ci ilin noyabrnda təşkil olunmuşdur .Əhalisi 80.000 nəfərdir ,tərkibinə 1 şəhər (İsmayıllı), 2 şəhər tipli qəsəbə (Lahıc, Basqal) və 106 kənd daxildir .Rayon mərkəzi olan İsmayıllı 14 yanvar 1967-ci ildə şəhər statusu almışdır. Sahəsinin böyüklüyünə gorə Azərbaycanın inzibati rayonları arasında 4-cü yeri tutur (Quba, Şəki ,..Kəlbəcərdən sonra).Rayonun xarici olkə və Xəzər dənizi ilə sərhədi yoxdur Azərbaycanın digər bölgələrində olduğu kimi Şirvan zonasında olan bu diyarda da tarixi əhəmiyyəti olan yerlər vardır (Cavanşir qalası ,Girdiman qalası, Fit dağı ,,Haram qalası, Qədim buzxana ,Qız qalası-digər bolgələrimizdə olan Qız qalasından fərqli olaraq burda olan qala haqqında heç bir əfsanə, rəvayət yoxdur; Qasımxan qalası, Lahıc, Basqal).Mədəniyyət və Turizm Nazirliyinin qeyri maddi irsinə aid olan islahatlarinin davamı olaraq diyarşünaslıq, folklorşünaslıq, sənətşünaslıq nominsiyası üzrə respublikanın 20 şəhəri arasından” paytaxt şəhər”lər seçilmişdir ki, İsmayıllıda onların arasındadır və “Azərbaycanın Sənətkarlıq Paytaxtı” adlandırılmışdır.
Səfərimiz olduqca maraqlı oldu. Səhər tezdən başlanan təxminən 3 saat davam edən yolumuz maraqlı insanların əhatəsində daha da tez keçdi. Nəhayət doğma el-obama çatdıq. Bizi qarşılayan Gənclər və İdman idarəsinin nümayəndəsi oldu . İlk olaraq Heydər Əliyev Muzeyinə baş çəkdik .Aldığımız məlumata görə inşasına 2007- ci ildə başlanılan bu 3 mərtəbəli muzeyin tikintisi 2009-cu ildə başa çatdırılmış və oktyabrn 29 da cənab prezidentin iştirakı ilə rəsmi açılışı olmuşdur. Orda olduğumuz müddətdə ümummilli liderimiz haqqında da maraqlı məlumatlar diqqətimizə çatdırıldı. Muzeydə müxtəlif istiqamətli dərnəklərin fəaliyyət göstərməsi gənclərə olan diqqətin bariz nümunəsidir. Daha sonrakı ünvanımız isə Tarix Diyarşünaslıq Muzeyi idi .Burada da biz nəsildən-nəslə ötürülən neçə-neçə zəhməti, qədim tariximizin izlərini özündə əks etdirən eksponatlarla tanış olub və onlar haqqında məlumatlar əldə etdik.
Səfərimizin əsas məqsədi informasiya və texnologiya ilə bağlı olduğundan diqqətimi daha çox bu prizmaya yonəltmək istərdim. Gozəl təbiət qoynunda, aciq hava altında Əli Hacızadə və Hikmət Hüseynov tərəfindən” İnformasiya müharibəsi dövründə bloqlardan necə istifadə etmək” movzusunda təlim keçirildi. Təlim zamanı bloqların önəmi və onlardan səmərəli istifadə haqqında məqamlara toxunuldu .Eyni zamanda bunlarda qeyd olunduki informasiya müharibəsi (en İnformation War )informasiya üstünlüyü əldə etmək üçün öz informasiyasının informasiya sistemlərinə əsaslanmiş proseslərin qorunması ilə eyni zamanda informasiyaya əsaslanmiş proseslərə və informasiya zərər yetirməkdən ibarət fəaliyyətdir .Yaxın gələcəkdə düşmən üzərində üstünlük informasiyaların alınması onlara tez reaksiyanın verilməsi real vaxt çərçivəsində düşmənin iqtisadi və müdafiə obyektlərinə atəş və informasiya zərbələrinin vurulması ilə əldə olunacaq .Elm və texnikanın inkişaf etdiyi hazırki dövrdə hərbi əməliyayyatlar ərəfəsində vuruşan tərəflər bir-birini Silahlı Qüvvələrin şəxsi heyətinin həmçinin əhalinin mənəvi psixoloji ruhunu sarsıtmaq üçün müxtəlif vasitələrdən istifadə etməyi hesab edirlər. Bunlar içərisində ən geniş yayılanı isə informasiya təsirləridir.” Kontaktsız” müharibə adlandırılan informasiya müharibəsi əmələ gəlməsini ekspertlər informasiyanın cəmiyəttəki rolunun artması ilə bağlayırlar. Analitiklər informasiya mübarizələrini 2 hissəyə ayırırlar a)informasiyadan müdafiə-öz məlumatlarının və informasiya strukturlarının düşmən təsirlərindən müdafiəsi (bura informasiyanın strateji maskalanması, infrastrukturların fiziki qorunması, dezinformasiya, radio elektron mübarizə və s daxildir) b)İnformasiya zərbəsi-düşmənin informasiya infrastrukturlarının tam məhv edilməsi , düşmənə öz qüvvəsindən istifadə imkanı verməmək və.s kimi.Ekspertlərin fikrincə informasiya mübarizəsində yüksək dəqiqlikli informasiya resursları həm aktiv, həm passiv müdafiə üçün yığcam proqramlardan ibarət sistemə malik olmalıdır .Təlimdə vurğulanan ən vacib nüanslardan biri də Ermənistanla müharibə şəraitində yaşayan Azərbaycanin informasiya müharibəsində qələbə çalmasının labüdlüyüdür. Elbəttəki biz gənclərin fəallığı olmasa qələbə tezliyindən danışmağa dəyməz.
Beləliklə maraq dolu səfərimizə daha da rəng qatan digər məqam bu səfərin təşkil olunmasında xidməti olan İmam Quliyevin ad gününün olması idi .Ne qeder maraq dolu olsada artıq Bakıya qayıtmaq vaxtı idi ……………..Bir daha təşəkkürlər irəli!