Dəmirqapı Dərbənddən maraqlı faktlar

XVII əsrin böyük səyyahı Övliya Çələbinin “səyahətnamə”sində Bondərbab limanının, yaxud Babüləbvab şəhərinin, İsgəəndərin Zülqəneyin divarlarının – Dəmirqpı qalasının təsviri belədi:
“Bəzi tarixçilərin yazdıqlarına görə bu qalanın əsasını hökmdar İsgəndər Zülqərneyn qoymuşdur. Qalanın Dəmirqapı adlanmasının səbəbi budur ki, divarlar tikilərkən isgəndərin əmriylə oraya, önünə isə gözətçilər qoyulmuşdu. Ənüşirəvanın dövrünədək salamat qalan həmin qapılara həmin qapılara görə qalaya Dəmirqapı deyilmişdir. Sonralar qalanı sıra ilə Ənüşirəvan, Yəzdəgird, Şah İsmayıl və Özdəmir oğlu Osman Paşa bərpa etmişdir. Qalanın qərb tərəfi Xəzər dənizinə baxır, onun əsas divarlarını dalğalar döyəcləyir. Qalanın dənizə açılan liman darvazaları üzərində fars dilində şerlər və divarların Yəzdəgirddən sonra Xəzər şah tərəfindən tikilib başa çatdırıldığı barədə məlumat həkk edilmişdir. Dəniz tərəfdən baxdıqda İsgəndərin tikdirdiyi divarlar yaxşı görünür. Denonun misirin Firon ehramlarından bəhs edərkən göstərdiyi vacib bir məsələ — Misir ehramları kimi, burada da giriş-çıxışın olmaması qalanın qədimliyinə sübutdur.

Hündür təpə üzərində inşa olunmuş bu qala beşbucaq şəklindədir. Oxumağa davam et